Donald Tramp Böyük Britaniyanın səfirindən inciyib

Donald Tramp Böyük Britaniyanın səfirindən inciyib Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Derrokun ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etdiyi hesabat qeydlərinin mediaya sızması ilə yaranmış qalmaqal fonunda rəsmi Vaşinqtonun bundan sonra səfirlə heç bir işi olmayacaq.
Digər ölkələr
9 İyul , 2019 10:01
Donald Tramp Böyük Britaniyanın səfirindən inciyib

Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Derrokun ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etdiyi hesabat qeydlərinin mediaya sızması ilə yaranmış qalmaqal fonunda rəsmi Vaşinqtonun bundan sonra səfirlə heç bir işi olmayacaq.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Daha onunla işimiz olmayacaq", - ABŞ prezidenti mikrobloqunda yazıb.

Ağ ev rəhbəri həmçinin Böyük Britaniyanın Baş naziri Tereza Meyi tənqid edib.

"Hər zaman Tereza Meyin "Brexit" prosesinə rəhbərlik etmə üslubunu tənqid etmişəm. O və nümayəndələri görün nə qədər qarışıqlıq yaradıb? Gözəl Birləşmiş Krallıq üçün yaxşı xəbər odur ki, onların tezliklə yeni baş naziri olacaq", - Tramp qeyd edib.

Son xəbərlər

Orphus sistemi