Donald Tramp: "Avropa İttifaqı özünü ABŞ-ın düşməni kimi aparır"

Donald Tramp: "Avropa İttifaqı özünü ABŞ-ın düşməni kimi aparır" Bakı. 15 oktyabr. REPORT.AZ/ Rəsmi Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ-a qarşı özünü Avropa İttifaqı qədər düşmən kimi aparmır.
Digər ölkələr
15 Oktyabr , 2018 11:09
Donald Tramp: Avropa İttifaqı özünü ABŞ-ın düşməni kimi aparır
dpa
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Rəsmi Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ-a qarşı özünü Avropa İttifaqı qədər düşmən kimi aparmır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.

"Müttəfiq kimdir? Çoxları ilə gözəl münasibətlərimiz var. Amma heç kim bizə qarşı özünü Avropa İttifaqı kimi pis aparmır. Avropa İttifaqı ticarət sahəsində bizdən istifadə etmək üçün yaradılmışdı və onlar da məhz bunu etdilər", - D.Tramp deyib.

Aparıcının bu ifadələrin düçmənçilik xarakterli olduğunu bildirməsinə cavabında ABŞ lideri söyləyib: "Bilirsiniz, düşmənçilik nədir? Onların bizə qarşı necə davranmalarıdır. Biz düşmənçilik eləmirik... Uzun illər ərzində məhz biz "axmaq ölkə" durumunda olmuşuq".

Son xəbərlər

Orphus sistemi