Yuxarı

Donald Tramp: "Amerika hərbçiləri Meksika ilə sərhəddəki miqrantlara atəş aça bilərlər"

Donald Tramp: "Amerika hərbçiləri Meksika ilə sərhəddəki miqrantlara atəş aça bilərlər"

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Meksika ilə sərhəddə toplaşan miqrantlara atəş aça bilərlər.

Bu barədə "Report" "CBS News"a istinadən xəbər verir.

Onun sözlərinə görə, əgər qaçqınlar hərbçilərə daş atmağa başlasalar, hərbçilərin onlara atəş açmaq ixtiyarı var. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, Amerika hərbi qulluqçuları onlara atılacaq daşlara silah kimi baxacaqlar

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi