Donald Tramp: "ABŞ "YPG"yə silah verməyəcək"

Donald Tramp: "ABŞ "YPG"yə silah verməyəcək" Türkiyə XİN başçısı: "ABŞ prezidenti bununla bağlı xüsusi tapşırıq verib"
Digər ölkələr
24 Noyabr , 2017 19:27
Donald Tramp: ABŞ YPGyə silah verməyəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ "ABŞ PKK terrorçu qruplaşmasının Suriyadakı qolu olan "YPG"yə silah verməyəcək".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında D.Trampın bununla bağlı xüsusi tapşırıq verdiyini söyləyib: "ABŞ prezidenti vurğuladı ki, buna əvvəldən son verilməliydi". 

Son xəbərlər

Orphus sistemi