Donald Tramp: "ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır"

Donald Tramp: "ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır" ABŞ onlarla dialoq aparmaq istəyən Şimali Koreya rəhbərliyi ilə danışıqlar aparacaq.
Digər ölkələr
3 Oktyabr , 2019 20:25
Donald Tramp: ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır

ABŞ onlarla dialoq aparmaq istəyən Şimali Koreya rəhbərliyi ilə danışıqlar aparacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Floridaya yola düşməzdən əvvəl Ağ Evin qarşısında jurnalistlərlə görüşü zamanı bildirib.

“Baxarıq. Onlar söhbət etmək istəyir, biz də onlarla danışacağıq. Görək nə olacaq”, - deyə D.Tramp bu həftənin axırında İsveçdə Şimali Koreya rəsmilərilə keçirilməsi gözlənilən məsləhətləşmələrlə bağlı suala cavab verərkən qeyd edib.

Son xəbərlər

Orphus sistemi