Donald Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayıb

Donald Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayıb O, bu vəzifəyə ölkənin ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonun namizədliyini irəli sürüb
Digər ölkələr
13 Dekabr , 2016 15:21
Donald Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin dövlət katibinin adını açıqlayıb. 

"Report" "CBS News"a istinadən xəbər verir ki, D.Tramp bu vəzifəyə ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonun namizədliyini irəli sürüb.

Gələcək hökumətdə əsas vəzifələrdən biri sayılan dövlət katibi postuna namizədlərin müzakirəsi ABŞ-da bir neçə həftədir davam edirdi.

R.Tillerson ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidenti Vladimir Putindən "Dostluq" ordeni alıb.

Son xəbərlər

Orphus sistemi