Donald Tramp: “ABŞ-da böyük fərq yaratdığım üçün özümə təşəkkür edirəm”

Donald Tramp: “ABŞ-da böyük fərq yaratdığım üçün özümə təşəkkür edirəm” Bakı. 23 noyabr. REPORT.AZ/ “Möhtəşəm bir ailəyə sahib olduğum və bu ölkədə böyük bir fərq yaratdığım üçün özümə təşəkkür edirəm”.
Digər ölkələr
23 Noyabr , 2018 17:22
Donald Tramp: “ABŞ-da böyük fərq yaratdığım üçün özümə təşəkkür edirəm”

Bakı. 23 noyabr. REPORT.AZ/ “Möhtəşəm bir ailəyə sahib olduğum və bu ölkədə böyük bir fərq yaratdığım üçün özümə təşəkkür edirəm”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şükran günü münasibətilə bağlı mesajında vurğulayıb.

Bayram tətilini Floridadakı malikanəsində keçirən Ağ Evin sahibi ABŞ-da keçirilən Şükran günü münasibətilə əlaqədar ən çox hərbçilərə zəng edib, jurnalistlərlə söhbətləşib.

“Vəzifəni təhvil aldığım gündən bu günədək ölkə inanmayacağınız dərəcədə güclənib”, - Donald Tramp vurğulayıb.

Son xəbərlər

Orphus sistemi