Dominikanda radarlardan itmiş vertolyot qəzaya uğrayıb, ölənlər var

Dominikanda radarlardan itmiş vertolyot qəzaya uğrayıb, ölənlər var Bakı. 24 noyabr. REPORT.AZ/ Dominikan Respublikasında radarlardan itmiş vertolyotun qəzaya uğradığı məlum olub.
Digər ölkələr
24 Noyabr , 2018 02:54
Dominikanda radarlardan itmiş vertolyot qəzaya uğrayıb, ölənlər var

Bakı. 24 noyabr. REPORT.AZ/ Dominikan Respublikasında radarlardan itmiş vertolyotun qəzaya uğradığı məlum olub.

"Report" "Nacion Dominicana" nəşrinə istinadən xəbər verir ki, hadisə zamanı vertolyotda 6 nəfər – sərnişinlər və pilot olub. Onların hamısı qəza zamanı həlak olublar.

Məlumata görə, vertolyotun qalıqları La-Romana əyalətinin Vilya-Ermosa şəhərində aşkarlanıb. Nəşr bildirib ki, pilotun və sərnişin Riçard Filipin şəxsiyyəti müəyyənləşdirilib.

Öz növbəsində CDN telekanalı da bildirib ki, vertolyot qəzaya uğrayıb. Telekanal isə hadisə zamanı 5 nəfərin – sərnişinlərin və pilotun həlak olduğunu xəbər verib.

Son xəbərlər

Orphus sistemi