Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb Təxminən 20 nəfər itkin düşüb
Digər ölkələr
22 Sentyabr , 2017 01:58
Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı azı 15 nəfər çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri Ruzvelt Skerritə istinadən AFP agentliyi məlumat yayıb.

"Hazırda biz ən azı 15 nəfəri dəfn etmişik", - deyə hökumət başçısı bildirib. O həmçinin əlavə edib ki, təxminən 20 nəfər itkin düşüb.

Çərşənbə günü "Mariya" qasırğası Puerto-Rikonu elektrik enerjisiz qoyub.

Son xəbərlər

Orphus sistemi