Dmitri Peskov: "Kremldə Britaniya ilə münasibətlərin yaxşılaşacağına ümid edirlər"

Dmitri Peskov: "Kremldə Britaniya ilə münasibətlərin yaxşılaşacağına ümid edirlər" "Bu proses Britaniyadan asılı olmadan yetərincə müzakirə olunur"
Digər ölkələr
24 İyun , 2016 13:48
Dmitri Peskov: Kremldə Britaniya ilə münasibətlərin yaxşılaşacağına ümid edirlər

Bakı. 24 iyun. REPORT.AZ/ "Kremldə yeni reallıqlar əsasında Britaniya ilə münasibətlərin yaxşılaşacağına ümid edirlər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyada keçirilən referendumun nəticələri haqda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kreml Britaniyanın Avropa İttifaqından çıxması ilə Rusiyaya qarşı sanksiyaların zəifləyəcəyi arasında əlaqələr görmür.

"Bu proses Britaniyadan asılı olmadan yetərincə müzakirə olunur. Britaniyanın Avropa İttifaqından çıxması prosesi bir günlük hadisə deyil", - deyə D.Peskov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi