Dmitri Peskov: "Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır"

Dmitri Peskov: "Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır" Bakı. 10 dekabr. REPORT.AZ/ Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır.
Digər ölkələr
10 Dekabr , 2018 15:47
Dmitri Peskov: Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ "Fransada keçirilən etiraz aksiyalarında Moskvanın əlinin olması ilə bağlı bəyanat böhtandır".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Parisdəki hadisələr tamamilə Fransanın daxili işidir, Rusiya isə heç bir dövlətin daxili işlərinə müdaxilə etməyib və müdaxilə etmək niyyətində də deyil.

Jurnalistlər D.Peskovdan Fransanın Parisdəki etiraz aksiyalarında Rusiyanın mümkün iştirakı ilə əlaqədar araşdırmaya başladığı barədə məlumatları şərh etməsini istəyib. O isə cavabında belə deyib: "Səhv edirsiniz. Rusiyanın mümkün iştirakını yox, xaricdən mümkün müdaxiləni araşdıracaqlar".

Daha əvvəl isə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanı Fransada iğtişaşlar təşkil etməkdə günahlandırıb.

Son xəbərlər

Orphus sistemi