"DIe Welt": Almaniya Ərdoğanın mühafizəçilərinə G20 sammitinə qatılmağı qadağan edib

"DIe Welt": Almaniya Ərdoğanın mühafizəçilərinə G20 sammitinə qatılmağı qadağan edib AFR Türkiyə hakimiyyətini prezidentin mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib
Digər ölkələr
25 İyun , 2017 20:53
DIe Welt: Almaniya Ərdoğanın mühafizəçilərinə G20 sammitinə qatılmağı qadağan edib

Bakı. 25 iyun. REPORT.AZ/ Almaniya Federativ Respublikasının hökuməti Türkiyə hakimiyyətini prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu barədə "DIe Welt" nəşri hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Nəşr vurğulayıb ki, Hamburqda Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər. Qeyd olunur ki, Almaniyada terrorçu PKK-nın tərəfdarları çoxdur. Terroçu təşkilatın tərəfdarları ilə Türkiyə vətəndaşları arasında qarşıdurma ola bilər.

Qeyd edək ki, mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı oxşar hadisə yaranıb. Nəticədə azı 9 nəfər xəsarət alıb.

Hakimiyyət orqanları buna bənzər hadisənin ABŞ prezidenti Donald Trampın gəlişi zamanı da yarana biləcəyindən ehtiyat edir.

Son xəbərlər

Orphus sistemi