Ukraynanın Miqrasiya Xidməti Saakaşvilinin qardaşını sərbəst buraxıb - YENİLƏNİB

Ukraynanın Miqrasiya Xidməti Saakaşvilinin qardaşını sərbəst buraxıb - YENİLƏNİB David Saakaşvili ölkədə qalma rejimini pozulduğuna görə saxlanılıb
Digər ölkələr
2 Sentyabr , 2017 17:38
Ukraynanın Miqrasiya Xidməti Saakaşvilinin qardaşını sərbəst buraxıb - YENİLƏNİB
AP Photo / Czarek Sokolowski

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ukraynanın Miqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qardaşı David Saakaşvilini sərbəst buraxıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə vəkil Pavel Boqomazov məlumat verib.

"Onlar David haqqında hansısa sənədlər hazırlamağa çalışıb. Bu nə sənədlərdir, təəssüf ki, indiyə qədər biz də bilmirik. Heç onun özünə də normal izah etməyiblər. Əlinə də heç bir sənəd verməyiblər", - deyə vəkil bildirib.


***15:06

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qardaşı David Saakaşvilinin Ukraynadan deportasiya olunacaq. 

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin keçmiş məsləhətçisi İlya Kiva məlumat verib.

"Mixeil Saakaşvilinin qardaşı ölkədə qalma rejimini pozulduğuna görə saxlanılıb. Miqrasiya xidməti və polis onu saxlayıb və deportasiya etməyə hazırlaşırlar", - deyib o, vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi