DİN: Almaniyada təhlükəsizliyə təhdid səviyyəsi yüksək olaraq qalır

DİN: Almaniyada təhlükəsizliyə təhdid səviyyəsi yüksək olaraq qalır Bakı. 9 aprel. REPORT.AZ/ Almaniyada təhlükəsizliyə təhdid uzun zamandır yüksək səviyyədədir, bu dəyişməyib, Münster və Berlində baş verənlər də bunu dəyişdirməyib.
Digər ölkələr
9 Aprel , 2018 16:34
DİN: Almaniyada təhlükəsizliyə təhdid səviyyəsi yüksək olaraq qalır

Bakı. 9 aprel. REPORT.AZ/ "Almaniyada təhlükəsizliyə təhdid uzun zamandır yüksək səviyyədədir, bu dəyişməyib, Münster və Berlində baş verənlər də bunu dəyişdirməyib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Sonya Kox Münster və Berlində baş verən hadisələrin ölkədə təhlükəsizlik sahəsində ümumi vəziyyətə təsiri barədə danışarkən deyib.

Xatırladaq ki, aprelin 7-də aztutumlu yük maşını Şimali Reyn-Vestfaliya federal torpağının Münster şəhərindəki tarixi mərkəzində yerləşən "Kiepenkerl" açıq kafesinin ziyarətçilərinin üzərinə sürülüb. Nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Sürücü intihar edib.

Aprelin 8-də isə Berlin polisi yarımarafon qonaqlarına bıçaqla hücum etməyə hazırlaşmaqda şübhəli bilinən 4 nəfəri saxlayıb. Əsas şübhəli şəxs 2016-cı ildə Berlində Milad bazarında avtomobili ziyarətçilərin üzərinə sürən terrorçu Anis Amrinin yaxın ətrafına məxsus olub. Onun üzərindən iki bıçaq götürülüb.

"Berlindəki olay hüquq-mühafizə orqanlarının necə ardıcıllıqla işlədiyini göstərdi. Nəticədə heç nə baş vermədi, təhlükəsizliyə kəskin təhdid yaranmadı", - S.Kox vurğulayıb.

Son xəbərlər

Orphus sistemi