Deniel Frid: "Tramp hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyə cəhd edib"

Deniel Frid: "Tramp hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyə cəhd edib" ABŞ Dövlət Departamentinin əməkdaşları bunun qarşısını almağa çalışıb
Digər ölkələr
2 İyun , 2017 11:30
Deniel Frid: Tramp hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyə cəhd edib

Bakı. 2 iyun. REPORT.AZ/ "ABŞ prezidenti Donald Tramp demək olar, hakimiyyətə gələn kimi Dövlət Departamentinə Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi və Vaşinqton və Moskva arasında münasibətlərin normallaşması üçün digər addımlar atılması üzrə təkliflər işləyib hazırlamağı tapşırıb".

"Report" "Yahoo News"a istinadən xəbər verir ki, bu barədə sanksiya siyasət məsələlərinə kuratorluq edən diplomatik xidmətin veteranı Deniel Frid bildirib.

Onun sözlərinə görə, D.Trampın bu addımlarına həmin zaman hələ Dövlət Departamentində işləyən Barak Obama administrasiyasının əməkdaşları mane olmağa çalışıb.

"Ağ Evdə sanksiyaların birtərəfli ləğv edilməsi barədə ciddi düşünürdülər", - o, vurğulayıb.

D.Frid qeyd edib ki, yeni administrasiyanın işə başladığı ilk həftələrdə səlahiyyətli şəxslər bir neçə dəfə ona "həyəcanlı" zənglər edib və ona Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin qarşısını almaqla bağlı az qala, yalvarıblar.

Son xəbərlər

Orphus sistemi