Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər

Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər Demokratlar ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı ətraflı əsaslandırılmış sənədi Senata göndəriblər.
Digər ölkələr
19 Yanvar , 2020 02:52
Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər

Demokratlar ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı ətraflı əsaslandırılmış sənədi Senata göndəriblər.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, 111 səhifəlik sənəd Nümayəndələr Palatasının Kəşfiyyatı üzrə Komitəsinin saytında yayılıb.

"Prezident Donald Tramp şəxsi siyasi faydası üçün ABŞ-da seçkilərə müdaxilə məqsədilə xarici hökumətə təzyiq məqsədilə vəzifə səlahiyyətlərindən istifadə edib. Sonra o Konqresə qanun pozuntularını araşdırmağa mane olaraq bu niyyətini gizlətməyə çalışıb", - sənəddə deyilir.

"Konstitusiya prezidentin hakimiyyətdən ciddi şəkildə sui-istifadə etdikdə impiçment və vəzifədən kənar edilməsi barədə qərar verir. Senat 2020-ci ildə ABŞ-da seçkiləri, bizim konstitusiya idarə üsulumuzu qorumaq və prezidentin milli təhlükəsizliyimizə təhdid etdiyi təhlükəni aradan qaldırmaq üçün bu qərardan istifadə etməlidir", - sənəddə qeyd edilir.

Son xəbərlər

Orphus sistemi