Yuxarı

Demokratlar Trampa öz mülkiyyətində görüşlər keçirməsini qadağan etmək istəyirlər

​Demokratlar Trampa mülkiyyətində görüşlər keçirməsini qadağan etmək

ABŞ-da demokrat senatorlar prezident Donald Tramp administrasiyasının xarici liderlərlə prezdentin şəxsi mülkiyyəti ərazisində görüşlər keçirməsini qadağan edən qanun layihəsini təqdim ediblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, SWAMP ("Scrutinizing White House Activities that Make Profits" - Ağ Evin gəlir gətirən fəaliyyətinin öyrənilməsi) adlı qanun layihəsi senatorlar Cef Merkli, Ed Marki və Mezi Hirono tərəfindən təqdim edilib.

"Konqresə müdaxilə etmək və prezident Trampın xarici liderlərlə - nə "Böyük Yeddilər"lə, nə də başqaları ilə görüşdən qazanc gəlir əldə edə bilməməsini aydın anlatmaq zamanı gəldi", - deyə Merklinin açıqlamasında bildirilir.

Trampın siyasi rəqibləri onu bir neçə dəfə vergi verənlərin hesabına qazanc əldə etməkdə ittiham ediblər. ABŞ prezidenti bu ittihamları qəti surətdə inkar edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi