Bakı. 14 mart. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin qırıcıları paytaxt Dəməşqin ətrafında yerləşən Şərqi Quta rayonunun Duma yaşayış məntəqəsinə raket zərbələri endirib.
“Report” xəbər verir ki, bombardıman nəticəsində 10 nəfər ölüb, daha onlarla insan yaralanıb.
Yaralılar yaxınlıqdakı səhra xəstəxanalarına çatdırılıblar.