Yuxarı

Dəməşqin 5 milyondan çox əhalisi içməli sudan məhrum olub

Dəməşqin 5 milyondan çox əhalisi içməli sudan məhrum olub
Buna şəhərə su ötürən Badi Bəradə rayonunda hərbi əməliyyatların qızışması səbəb olub

Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən ilin 22 dekabrından Suriyanın paytaxtı Dəməşqin 5,5 milyondan çox sakini içməli sudan məhrum olub. Buna şəhərə suyun verildiyi Badi Bəradə rayonunda hərbi əməliyyatların qızışması səbəb olub.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin məlumatında bildirilir.

Qurum əməkdaşları, xüsusilə uşaqlar arasında yolxucu xəstəliklərin baş qaldıra biləcəyindən ehtiyatlanırlar.

Bu gün BMT-yə su təchizatı ilə məşğul olan xidmətlərin paytaxt sakinlərinin minimum tələbatını ödəmək məqsədi ilə fövqəladə tədbirlərə başladıqları barədə məlumat daxil olub. Hazırda ilk növbədə məktəb, xəstəxana və çörək sexlərinə su verilişinin yoluna qoyulması üçün işlər görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi