Dəməşqə raket hücumunun qarşısı alınıb - VİDEO

Dəməşqə raket hücumunun qarşısı alınıb - VİDEO Bakı. 26 dekabr. REPORT.AZ/ Suriyanın raket hücumundan müdafiə sistemləri çərşənbə axşamı Dəməşq vilayəti üzərində bir neçə raket hücumunun qarşısını alıb.
Digər ölkələr
26 Dekabr , 2018 06:37
Dəməşqə raket hücumunun qarşısı alınıb - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ Suriyanın raket hücumundan müdafiə sistemləri çərşənbə axşamı Dəməşq vilayəti üzərində bir neçə raket hücumunun qarşısını alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Dəməşq üzərində bir neçə partlayış baş verib, lakin onların mənbəyi hələ müəyyən edilməyib. Raketlərin vurulması anı televiziya vasitəsi ilə canlı yayımlanıb.

Daha əvvəl koalisiya qüvvələri dekabrın 16-dan 22-dək Fərat çayının orta hissəsindəki vadidə terrorçuların obyektlərinə aviazərbələr endirilib.

Son xəbərlər

Orphus sistemi