Dəməşqdə terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Dəməşqdə terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - VİDEO - YENİLƏNİB Daha 12 nəfər yaralanıb
Digər ölkələr
2 İyul , 2017 14:45
Dəməşqdə terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Bakı. 2 iyul. REPORT.AZ/ Dəməşqdə kamikadzenin avtomobili partlatması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bundan əvvəl 4 nəfərin öldüyü, 12 nəfər yaralandığı bildirilirdi.


***11:06

Dəməşqdə kamikadzenin törətdiyi terror aktı nəticəsində azı 4 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "SicuroIMS" məlumat yayıb.

Partlayış bu səhər saatlarında Təhrir meydanında qeydə alınıb. Kamikadze partlayıcı qoyulmuş avtomobili partladıb.

"Frans Press"in məlumatına görə, səlahiyyətli orqanlar üç minalanmış avtomobili təqib ediblər və Dəməşqin girişində onlardan ikisinin nəzarət altında partlayışını həyata keçirə biliblər. Üçüncü avtomobil Təhrir meydanında mühasirəyə alınıb və kamikadze özünü partladıb.

Son xəbərlər

Orphus sistemi