Yuxarı

Dəməşqdə Suriya ordusunun təyyarəsi vurulub - VİDEO

Dəməşqdə Suriya ordusunun təyyarəsi vurulub - VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin təyyarəsi Dəməşqdə silahlılar tərəfindən vurulub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kalamun rayonunda baş verib.

Silahlılar təyyarənin vurulmasını anını çəkiblər və onu internetə yerləşdiriblər. Videogörüntüdə təyyarənin vurulması və yüksək sürətlə aşağı enməsi əks olunur.

İlkin məlumata görə, təyyarə Suriya hökumət qoşunlarının nəzarət etdiyi ərazidə vurulub. Onun pilotu katapulta ilə xilas olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi