Dəməşqdə polis məntəqəsinə hücum olub, xeyli sayda ölən və yaralananlar var

Dəməşqdə polis məntəqəsinə hücum olub, xeyli sayda ölən və yaralananlar var Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb
Digər ölkələr
2 Oktyabr , 2017 16:52
Dəməşqdə polis məntəqəsinə hücum olub, xeyli sayda ölən və yaralananlar var
AP Photo / Mahmut Bozarslan

Bakı. 2 oktyabr. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin əl-Midan rayonunda polis məntəqəsinə iki terrorçu-kamikadzenin hücumu nəticəsində 15 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı bir neçə partlayış törədilib.

Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb. 

Ölənlərin arasında polislərin də olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi