Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb

Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb Bakı. 10 dekabr. REPORT.AZ/ Suriyanın hava hücumundan müdafiə sistemləri paytaxt Dəməşqin hava limanı ərazisinə edilən hücumu dəf edib.
Digər ölkələr
10 Dekabr , 2018 07:47
Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Suriyanın hava hücumundan müdafiə sistemləri paytaxt Dəməşqin hava limanı ərazisinə edilən hücumu dəf edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

"Hava hücumundan müdafiə sistemlərimiz Dəməşq beynəlxalq hava limanı ərazisində, paytaxtın cənubunda yerləşən bir neçə hədəfə hücumun qarşısını alıb", - deyə "Ikhbariya" kanalı məlumat verib.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Hacin şəhərini bombalayıb.

Son xəbərlər

Orphus sistemi