​Davudoğlu Barak Obama ilə Suriya və İraq məsələsini müzakirə edib

​Davudoğlu Barak Obama ilə Suriya və İraq məsələsini müzakirə edib Görüş Avstraliyanın Brisbane şəhərində keçirilən G20 liderlərinin sammiti çərçivəsində baş tutub
Digər ölkələr
15 Noyabr , 2014 13:52
​Davudoğlu Barak Obama ilə Suriya və İraq məsələsini müzakirə edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Avstraliyanın Brisbane şəhərində keçirilən G20 liderlərinin sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu tədbirdə iştirak edən dövlət rəsmiləri ilə görüşüb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlu nahar yeməyində ABŞ prezidenti Barak Obama, İngiltərənin Baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Oland, Yaponiyanın baş naziri Şinzo Abe, Cənubi Afrikanın dövlət Başçısı Jacob Zuma ilə eyni masada əyləşib. Burada Davudoğlu dövlət rəsmiləri ilə uzun söhbət edib.

Ə.Davudoğlunun ABŞ prezidenti Barak Obama ilə görüşündə əsasən Suriya və İraq məsələsini müzakirə ediblər.

Almaniyanın Baş naziri Angela Merkel, Cənubi Koreya və İndoneziyalı liderlərlə də bir araya gələn Davudoğlunun, həm də təklikdə Rusiyanın prezidenti Vladimir Putinlə görüşün reallaşdığını da deyirlər.

Məlumatda o da qeyd olunub ki, Əhməd Davudoğlu sammit çərçivəsində tədbirdə iştirak edən liderlərə ikitərəfli görüşləri davam etdirir.

Qeyd edək ki, sammitin ilk günündə aralarında Türkiyənin baş naziri Əhməd Davudoğlu, ABŞ prezidenti Barak Obama, İngiltərə baş naziri Devid Kemeron, Rusiya prezidenti Vladimir Putinin də olduğu G20-yə üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edir. Sammitin ilk toplantısında qlobal iqtisadiyyatın hazırkı problemləri və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi