Danimarkaya gələn mühacirlərin bahalı əşyaları müsadirə ediləcək

Danimarkaya gələn mühacirlərin bahalı əşyaları müsadirə ediləcək Sığınacaq tapmaq istəyən xarici vətəndaşların qəbulu və yaşayış şərtləri sərtləşdirilib
Digər ölkələr
26 Yanvar , 2016 22:09
Danimarkaya gələn mühacirlərin bahalı əşyaları müsadirə ediləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Danimarka parlamenti uzun sürən məsləhətləşmələrdən sonra ölkəyə gələn mühacir axınını azaltmaq üçün yeni qanun layihəsini qəbul edib.

Qanuna əsasən, bundan sonra ölkədə sığınacaq tapmaq istəyən xarici vətəndaşların qəbulu və yaşayış şərtləri sərtləşdirilib.

Uzun müddətdir ki, ölkədə və xaricdə mübahisəyə səbəb olan qanun layihəsi mühacirlərin sahib olduğu 1450 ABŞ dolları nağd pulun və ya bu məbləğdə qiymətli əşyaların müsadirə edilməsini nəzərdə tutur. Yalnız şəxsi dəyəri olan əşyalar, məsələn, nişan üzükləri müsadirə edilməyəcək. Danimarka hökumətinin planına əsasən, bu yolla alınan vəsait qaçqınların ölkə ərazisində maliyyə xərclərinə yönəldiləcək.

Keçən il Danimarkada sığınacaq verilməsi haqqında 20 min ərizə qeydə alınıb. Son rəy sorğularına əsasən, Danimarka əhalisinin 70 faizi hesab edir ki, immiqrasiya ölkənin əsas problemidir.

Son xəbərlər

Orphus sistemi