​Danimarkanın baş naziri istefa verib

​Danimarkanın baş naziri istefa verib Torninq-Şmidt partiyası parlament seçkilərində səs çoxluğu qazanmasına baxmayaraq bu addımı atıb
Digər ölkələr
19 İyun , 2015 21:39
​Danimarkanın baş naziri istefa verib

Bakı. 19 İyun. REPORT.AZ/ Danimarkanın baş naziri Helle Torninq-Şmidt partiyasının parlament seçkilərində səs çoxluğu qazanmasına baxmayaraq istefa verib.

"Report" xəbər verir ki, Torninq-Şmidtin partiyası hamıdan çox səs (26,3%) toplaması və parlamentdə 47 yer qazanmasına baxmayaraq hakimiyyəti itirib.

Parlament seçkiləri zamanı qaliblərdən biri Danimarkanın sağçı-populist Xalq Partiyası olub. Partiya səslərin 21,1%-ni və parlamentdə 37 yer əldə edib.

Lakin ehtimal edilir ki, hökuməti Lük Rasmussenin "Venstre" liberal-mühafizəkar partiyası formalaşdıracaq.

Son xəbərlər

Orphus sistemi