Danimarkada yetkinlik yaşına çatmayan qaçqınlar arasında nikah qadağan edilib

Danimarkada yetkinlik yaşına çatmayan qaçqınlar arasında nikah qadağan edilib Qanun fevralın 1-dən qüvvəyə minəcək
Digər ölkələr
21 Yanvar , 2017 18:26
Danimarkada yetkinlik yaşına çatmayan qaçqınlar arasında nikah qadağan edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Danimarka parlamenti 18 yaşına çatmayan şəxslər, o cümlədən qaçqınlar arasında nikahların qeydə alınmasını qadağan edən qanun qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Independent” nəşri yazır.

Qanun, həmçinin yetkinlik yaşına çatmayan şəxslərin digər ölkələrdə daxil olduğu nikahı da Danimarka ərazisində etibarsız sayır.

Məsələ İnteqrasiya Nazirliyinin hesabatından sonra gündəmə gəlib. Sənəddə Danimarkada yetkinlik yaşına çatmayan qaçqınlar arasında 27 nikahın qeydə alındığı bildirilir.

Qanun fevralın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi