Bakı. 12 fevral. REPORT.AZ/ Danimarkanın xarici işlər naziri Martin Lideqor Ukraynaya 10 000 000 kron (1,5 milyon dollar) məbləğındə yardım göstərmək haqqında qərarı açıqlayıb. .
"Report" AzərTAc-a istinadla xəbər verir ki, bu vəsait Ukraynadakı böhrandan zərərçəkənlərə yardım göstərmək üçün yönəldiləcək.
Danimarka bu pulu Rusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında Minskdə saatlarla davam edən danışıqlardan sonra Ukraynanın şərqində atəşin dayandırılmasına dair razılığa gəlmələri barədə bəyanatından sonra ayırıb.
Vəsaitin ayrılmasının əsas səbəbi Ukraynanın şərqində hərbi əməliyyatlardan və qışın soyuğundan əziyyət çəkən mülki əhalinin ağır durumudur.
Qeyd edək ki, Danimarka bu yardımı göstərməklə Avropanın Almaniya, İsveç və İngiltərə kimi ən iri donorlarından biri olur.
Xatırladaq ki, ötən ilin dekabr ayında Danimarka Ukraynaya 10 000 000 kron məbləğində yardım göstərmişdi. Bu pullar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə Kiyevə yönəldilmişdi.