Estoniya Prokurorluğu milyardlarla dolların yuyulmasında şübhəli bilinən 10 nəfəri saxlayıb

Estoniya Prokurorluğu milyardlarla dolların yuyulmasında şübhəli bilinən 10 nəfəri saxlayıb Bakı. 20 dekabr. REPORT.AZ/ Estoniya Prokurorluğu Danske Bankın yerli şöbəsi vasitəsilə pulların yuyulmasında şübhəli bilinən 10 nəfəri saxlayıb.
Digər ölkələr
20 Dekabr , 2018 02:46
Estoniya Prokurorluğu milyardlarla dolların yuyulmasında şübhəli bilinən 10 nəfəri saxlayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Estoniya Prokurorluğu "Danske Bank"ın yerli şöbəsi vasitəsilə pulların yuyulmasında şübhəli bilinən 10 nəfəri saxlayıb.

Bu barədə "Report" "Delfi"yə istinadən xəbər verir.

Bildirilir ki, Danimarka hökuməti "Danske Bank"a qarşı ilkin ittihamlar irəli sürülüb. Bu, ölkənin pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericiliyin Estoniya bölməsi tərəfindən pozulması ilə bağlıdır.

"Danske Bank"ın məlumatında deyilir ki, dövlət ittihamçısı Danimarka ilə bu ilin avqustunda başlanmış istintaqın yekunlarına əsasən iqtisadi və beynəlxalq maliyyə qurumunu xüsusilə ağır cinayətlərdə ittiham edib.

İttiham 2007-ci il fevralın 1-dən 2016-cı il yanvarın sonunadək dövrə aiddir.

"Danske Bank" Danimarkanın ən iri kommersiya bankı, Şimali Avropanın aparıcı banklarından biridir. Onun mənzil qərargahı Kopenhagendə yerləşir. Bankın filialları dünyanın 14 ölkəsində fəaliyyət göstərir.

Qeyd edək ki, daha əvvəl Estoniya hökuməti BMT-nin miqrasiya haqqında sazişinə qoşulmaqdan imtina imtina edib.

Son xəbərlər

Orphus sistemi