Yuxarı

Banqladeşin paytaxtında yanğın zamanı 81 nəfər həlak olub, onlarla yaralı var - FOTO - YENİLƏNİB-3

Dakkada yaşayış binasında yanğın zamanı 56 nəfər həlak olub
© Foto: CGTN

Bakı.21 fevral. REPORT.AZ/ Banqladeşin paytaxtı Dakkada çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ölənlərin sayı 81 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Bangladesh Observer" məlumat yayıb. 

"Reuters" isə bildirib ki, hadisə nəticəsində azı 50 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kritikdir.

Daha əvvəl yanğın zamanı ölənlərin sayının 69 nəfərə çatdığı xəbər verilirdi.


***06:56

Banqladeşin paytaxtı Dakkada çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ölənlərin sayı artıb.

Bu barədə "Report" "CGTN"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı həlak olanların sayı 69 nəfərə çatıb.Qeyd edək ki, Banqladeşin Yanğın əleyhinə Xidmətinin əməkdaşları ölənlərin sayının artacağını istisna etməmişdilər.  

Daha əvvəl yanğın zamanı ölənlərin sayının 56 nəfərə çatdığı xəbər verilirdi.


***05:58

Banqladeşin paytaxtı Dakkada çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ölənlərin sayı 56 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin Yanğın əleyhinə Xidmətinin əməkdaşı Zülfüqar Rəhman bildirib.

"İndiki vaxta qədər 56 cəsəd çıxarılıb. Say arta bilər, çünki axtarışlar hələ davam edir", - deyə o bildirib.

Daha əvvəl hadisə zamanı 44 nəfərin həlak olduğu bildirilirdi.



***04:19

Banqladeşin paytaxtı Dakkada çoxmərtəbəli yaşayış binasında yanğın zamanı azı 41 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Banqladeşin Yanğın əleyhinə Xidmətinin başçısı Əli Əhməd bildirib ki, ölənlərin sayı arta bilər. "İndiki vaxta qədər 41 cəsəd aşkarladıq. Həlak olanların sayı arta bilər", - deyə o bildirib.

BDNews 24 portalının məlumatına görə, yanğın çərşənbə günü yerli vaxtla saat 22:30 radələrində baş verib. Bundan sonra alov daha dörd tikintiyə yayılıb.

AFP qeyd edib ki, yanğının baş verdiyi yaşayış binası kimyəvi preparat anbarı kimi istifadə olunub.

Daha əvvəl Banqladeşin Çittaqonq şəhərinin daxmalar yerləşən ərazisində baş vermiş yanğın nəticəsində azı 9 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi