Yuxarı

“Daily Mail”: Britaniyada “Brexit”ə görə 15 nazir istefa vermək niyyətindədir

“Daily Mail”: “Brexit”ə görə 15 nazir istefa vermək niyyətindədir

Bakı. 26 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyündən sazişsiz çıxması variantına üstünlük verərsə, hökumətdə azı 15 nazir istefa verəcək.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, istefa verəcək hökumət üzvləri arasında biznes, enerji və sənaye strategiyası üzrə dövlət katibi Qreqq Klark, ədliyyə naziri David Qauke, əmək və təqaüdlər naziri Ember Radd da var. 

Ümumiyyətlə, “sərt Brexit” variantı həyata keçsə, iqtidar Mühafizəkarlar Partiyası üzvlərindən 25 nəfəri istefa verməyə hazırdır.

Ötən gün 23 nəfər mühafizəkar millət vəkilinin məxfi yığıncaq keçirərək sazişsiz "Brexit"in qarşısını almağın mümkün yollarını müzakirə etdikləri bildirilir. Aİ ilə saziş imzalanmasa, parlament üzvləri Baş nazirdən “Brexit”i təxirə salmağı istəyəcəklər. 

Bildirilir ki, T.Mey sazişsiz variantdan yan keçməklə kütləvi istefalardan yaxa qurtarmağa hazırdır.

Mühafizəkarlar Partiyasındakı mənbəyə görə, 20 nazirin istefası hökumət üçün “fəlakət” demək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi