Yuxarı

Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı

​Daha bir ölkədə koronavirusdan ölüm qeydə alındı

862

Somalidə koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dalsan” radiosu məlumat yayıb. 

Bildirilib ki, bu, Afrika ölkəsi olan Somalidə qeydə alınan koronavirusdan ilk ölüm halıdır. Ölən şəxs 58 yaşlı kişidir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 490 000-i ötüb. Bunların 319 017 nəfəri sağalıb, 87 317 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi