Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı

Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb.
Digər ölkələr
5 Aprel , 2020 15:52
Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı

Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb.

Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır. Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib. 

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi