General Dandorf : "S-400" qurğusu ABŞ-ın əməliyyatlarına mane olmamalıdır

General Dandorf : "S-400" qurğusu ABŞ-ın əməliyyatlarına mane olmamalıdır "Ümidvarıq ki, Rusya Uçuşların Təhlükəsizliyinə dair Memorandumun şərtlərinə əməl edəcək"
Digər ölkələr
1 Dekabr , 2015 21:55
General Dandorf : S-400 qurğusu ABŞ-ın əməliyyatlarına mane olmamalıdır

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın Suriyaya yerləşdirdiyi "S-400" zenit-raket qurğusu "İŞİD" terrorçularına qarşı ABŞ-ın keçirdiyi əməliyyatlara mane olmamalıdır. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Cozef Dandorf səsləndirib.

ABŞ Senatında çıxış edən C.Dandorf bildirib ki, "S-400" qurğusu olduqca müasir sistemdir. "Ümidvarıq ki, Rusya Uçuşların Təhlükəsizliyinə dair Memorandumun şərtlərinə əməl edəcək. Bu məsələni Rusiya tərəfi ilə müzakirə etdik", - deyə general vurğulayıb.

Son xəbərlər

Orphus sistemi