Yuxarı

Corciya ştatında polis tələbəni güllələyib

Corciya ştatında polis tələbəni güllələyib
Ştatın təhqiqat bürosu faktla bağlı araşdırma aparır

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib.

"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib.

Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi