​Corc Soros Çinin "Alibaba" şirkətindəki 365 mln. dollarlıq səhmini satıb

​Corc Soros Çinin "Alibaba" şirkətindəki 365 mln. dollarlıq səhmini satıb Məlumata görə, Çin iqtisadiyyatındakı geriləmədən sonra şirkətin səhmləri dəyərdən düşməyə başlayıb
Digər ölkələr
15 Avqust , 2015 16:55
​Corc Soros Çinin Alibaba şirkətindəki 365 mln. dollarlıq səhmini satıb

Bakı. 15 avqust. REPORT.AZ/ Amerikalı tanınmış milyarder Corc Soros Çinin "Alibaba" şirkətindəki səhmlərinin çoxunu satıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Çin iqtisadiyyatındakı geriləmədən sonra şirkətin səhmləri dəyərdən düşməyə başlayıb.

Bu ilin ilk rübündən sonunda C.Sorosun adıçəkilən şirkətdə sahib olduğu səhmlərin həcmi 370 mln. dollar dəyərində olub, amma iyulun sonunda 4,9 mln. dollarlıq hissəsi qalıb.

C.Sorosun enerji sektoruna yatırdığı səhmləri satdığı da deyilir. Belə ki, milyarderin ailə ofisi "Cenovus Energy" və "Suncor Energy" şirkətlərindəki paylarını tamamilə və "EQT Corp" və "Noble Energy"dəki paylarının isə əksəriyyətini satıblar. Onun yerinə isə 30 milyard dollar investisiya qoyaraq "Time Warner Cable"dən səhmlər alıb.

Qeyd edək ki, Asiyanın ən böyük internet satış bazarı olan "Alibaba" ötən ilin noyabr ayında rekord həddə qazanc əldə edib. Amma avqustun əvvəlinə olan məlumata görə şirkət 100 mlrd. dollar itirib.

Son xəbərlər

Orphus sistemi