Corc Kluni suriyalı uşaqların məktəbinə 2,25 mln. dollar ianə verəcək

Corc Kluni suriyalı uşaqların məktəbinə 2,25 mln. dollar ianə verəcək Aktyor qeyd edib ki, bütöv bir nəslin itməsinə yol vermək olmaz
Digər ölkələr
1 Avqust , 2017 07:08
Corc Kluni suriyalı uşaqların məktəbinə 2,25 mln. dollar ianə verəcək

Bakı. 1 avqust. REPORT.AZ/ Aktyor Corc Kluni və onun həyat yoldaşı Amaliya bazar ertəsi Livanda yaşayan üç min suriyalı qaçqın uşaq üçün yeddi məktəbin inkişafına 2,25 milyon həcmində vəsait ayırmaq niyyətində olduqlarını bəyan ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kluni ailəsi fondunun rəsmi saytı məlumat yayıb.

"Biz yalnız münasib olmayan vaxtda və yerdə doğulduqlarına görə, bütöv bir nəsli itirməyi özümüzə rəva görə bilmərik. Minlərlə gənc suriyalı heç vaxt cəmiyyətimizin tam hissəsi ola bilməmək riski ilə üz-üzədir. Məktəb təhsili onlara öz həyatlarını dəyişmək üçün kömək edəcək", - deyə Kluni bildirib.

Son xəbərlər

Orphus sistemi