Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib - VİDEO

Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib - VİDEO ABŞ-ın keçmiş prezidenti "Respublikanın hərbi himni" ifa olunan zaman oynamağa başlayıb
Digər ölkələr
13 İyul , 2016 11:12
Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib - VİDEO

Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində özünü qəribə aparıb.

"Report" xəbər verir ki, kiçik Buş "Respublikanın hərbi himni" ifa olunan zaman rəqs etməyə başlayıb.

Özündə bu kadrları əks etdirən video artıq "YouTube" portalında yayılıb.

Videoda keçmiş dövlət başçısının gülümsədiyi və musiqinin tempinə uyğun oynadığı açıq-aydın görünür. C.Buşun bu addımı onun yanında dayanan ABŞ prezidenti Barak Obama və xanımı Mişeli, eləcə də Buşun öz həyat yoildaşını təəccübləndirib.

Xatırladaq ki, iyulun 7-dən 8-nə keçən gecə Dallasda snayperin açdığı atəşlər nəticəsində beş polis həlak olub, 7 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi