Yuxarı

Conson Makronla görüşdə ayağını masanın üzərinə qoyub - VİDEO

​Conson Makronla görüşdə ayağını masanın üzərinə qoyub

Böyük Britaniyanın baş naziri Boris Conson Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşdə ayağını masanın üzərinə qoyub.

“Report” xəbər verir ki, "Sky News"un müxbiri Tom Raynerin "Twitter"də yazdığına görə, Fransa lideri hansısa məqamda Britaniya baş nazirinə əgər istəyərsə ortaya qoyulan masadan ayaq üçün skamya kimi istifadə edə biləcəyini deyib.

Bu sözdən sonra Conson zarafatca bir ayağını qaldıraraq masanın üzərinə qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi