Con Makkeyn yenidən xəstəxanaya yerləşdirilib

Con Makkeyn yenidən xəstəxanaya yerləşdirilib Bakı. 30 aprel. REPORT.AZ/ ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
30 Aprel , 2018 12:40
Con Makkeyn yenidən xəstəxanaya yerləşdirilib
ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn / Reuters/Carlos Barria

Bakı. 30 aprel. REPORT.AZ/ ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu senatorun kürəkəni Ben Domenek bildirib.

Onun sözlərinə görə, C.Makkeyn artıq vəsiyyət də edib. Senator kürəkənindən qızı Meqanın qayğısına qalmağı xahiş edib.

Qeyd edək ki, 81 yaşlı C.Makkeyn ötən il beyin xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Apreldə isə o, bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya düşmüş və cərrahiyyə əməliyyatı olunmuşdu. 

C.Makkeyn ABŞ Senatının Silahlı Qüvvələrlə iş üzrə komitəsinin üzvüdür. O, ABŞ Prezidenti Donald Trampı Rusiyanın dövlət başçısı Vladimir Putini prezident seçkisində qalib gəldiyi üçün təbrik etdiyinə görə tənqid etmişdi. Ötən ilin yazında isə C.Makkeyn Rusiyanın terrorçu İŞİD qruplaşmasından daha təhlükəli olduğunu söyləmişdi.

Son xəbərlər

Orphus sistemi