Con Kerrinin Kuba səfəri ləğv edilib

Con Kerrinin Kuba səfəri ləğv edilib Tərəflərin əsasən insan haqlarının qorunması məsələsini müzakirə etməsi gözlənilirdi
Digər ölkələr
4 Mart , 2016 04:07
Con Kerrinin Kuba səfəri ləğv edilib

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerrinin mart ayına nəzərdə tutulan Kuba səfəri ləğv edilib.

"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, səfər çərçivəsində tərəflərin əsasən insan haqlarının qorunması məsələsini müzakirə etməsi gözlənilirdi. Səfərin ləğv edilməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Con Kerri ötən il avqust ayında Kubada ABŞ səfirliyinin açılması mərasimində iştirak etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu ay Kubaya səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi