​Con Kerri: "Rusiya və İran Əsədin danışıqlar masasına oturmasına yardım edə bilər"

​Con Kerri: "Rusiya və İran Əsədin danışıqlar masasına oturmasına yardım edə bilər" O bildirib ki, hazırda münaqişənin tənzimlənməsi üçün müxtəlif dövlətlərin səylərinin birləşməsi "təxirəsalınmaz ehtiyacdır"
Digər ölkələr
19 Sentyabr , 2015 18:27
​Con Kerri: Rusiya və İran Əsədin danışıqlar masasına oturmasına yardım edə bilər

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiya və İran Bəşşar Əsədin Suriyadakı vəziyyətin dinc yolla tənzimlənməsi üçün danışıqlarda iştirakına vasitəçilik edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Britaniyanın xarici işlər naziri Filip Hammondla danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, hazırda münaqişənin tənzimlənməsi üçün müxtəlif dövlətlərin səylərinin birləşməsi "təxirəsalınmaz ehtiyacdır".

"Suriyadakı vəziyyətin siyasi yolla həlli üçün yolların axtarılması təcili vacib məsələdir", - Kerri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi