Con Bolton:“Grace 1” tankerinin saxlanılması əla xəbərdir”

Con Bolton:“Grace 1” tankerinin saxlanılması əla xəbərdir” ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton “Grace 1” tankerinin Cəbəllütariqdə saxlanılmasını əla xəbər adlandırıb.
Digər ölkələr
5 İyul , 2019 01:17
Con Bolton:“Grace 1” tankerinin saxlanılması əla xəbərdir”

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton “Grace 1” tankerinin Cəbəllütariqdə saxlanılmasını "əla xəbər" adlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

"Əla xəbərlər: Böyük Britaniya Avropa Birliyi sanksiyalarının pozulması ilə İran neftinin yükləndiyi, Suriyaya yönələn “Grace 1” supertankerini saxlayıb. ABŞ, müttəfiqləri Tehran və Dəməşq rejimlərinə qanunsuz ticarətdən gəlir əldə etmələrinə mane olmaqda davam edəcəklər", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

Daha əvvəl Cəbəllütariqin hakimiyyət orqanları Pireney yarımadasının sahilində şübhəli, sanksiyaları pozaraq Suriyaya neft daşıyan“Grace 1” tankerini saxlayıb. 

Məlumata görə, yük Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna çatdırılmalı idi.

Son xəbərlər

Orphus sistemi