Yuxarı

Con Bolton: "ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək"

Con Bolton: "ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək"

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək, Afrika ölkələrindən də “kimə gəldi” yardım etməyəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton məlumat verib.

“ABŞ artıq bütün qitə boyu öncüllük gözlənilmədən, kimə gəldi yardım etməyəcək. Eyni zamanda bundan sonra BMT-nin səmərəsiz, uğursuz, nəzarətsiz sülhməramlı missiyalarına da dəstək verməyəcəyik”, - deyə diplomat Afrika qitəsinə dair yeni strategiyalarını təqdim edərkən vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi