Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir

Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir Ailəsinin müşayiəti ilə ABŞ prezidenti Barak Obama da mərasimdə iştirak edir
Digər ölkələr
6 İyun , 2015 21:26
Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir

Bakı. 6 İyun. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Baydenin böyük oğlunun dəfn mərasimi keçirilir.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Delaver ştatının baş prokuroru Bo Bayden keçən həftə 46 yaşında beyin xərçəngi səbəbi ilə dünyasını dəyişib.

Ailəsinin müşayiəti ilə ABŞ prezidenti Barak Obama da mərasimdə iştirak edir.

ABŞ-ın sabiq prezidenti Bill Klinton xanımı, sabiq dövlət katibi Hillari Klinton, İraqdakı qüvvələrin sabiq baş komandanı, general Rey Odierno və digər yüksək səlahiyyətli nümayəndələr son ethramlarını bildirmək üçün mərasimə qatılıb. Yerli katolik kilsəsinə mindən artıq insan toplaşıb.

Bo Baydenin cənazəsi ictimaiyyətin vidalaşması üçün 3 gün Delaver ştatının Senatında qoyulub. Hər gün onunla vidalaşmaq üçün insanlar növbələrə dayanıb.

Co Baydenin birinci həyat yoldaşı və qızı avtomobil qəzasında həlak olub.

Son xəbərlər

Orphus sistemi