"CNN": Rusiya Moskvadakı ingilis-amerikan məktəbini bağlamaq qərarını verib

"CNN": Rusiya Moskvadakı ingilis-amerikan məktəbini bağlamaq qərarını verib Həmçinin ABŞ-ın diplomatik nümayəndəliyinin əməkdaşları üçün fəaliyyət göstərən istirahət evi də bağlanacaq
Digər ölkələr
30 Dekabr , 2016 04:49
CNN: Rusiya Moskvadakı ingilis-amerikan məktəbini bağlamaq qərarını verib

Bakı. 30 dekabr. REPORT.AZ/ Rəsmi Vaşinqtonun sanksiyalar tətbiq etməsi səbəbindən Rusiya da paytaxt Moksvada ABŞ, Böyük Britaniya və Kanada diplomatlarının uşaqlarının təhsil aldıqları ingilis-amerikan məktəbini bağlamaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, həmçinin ABŞ diplomatik nümayəndəliyinin əməkdaşları üçün fəaliyyət göstərən istirahət evi də bağlanacaq.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.

Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib. 

Bununla yanaşı, ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəlikləri bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı rus diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Son xəbərlər

Orphus sistemi