​Çinlilər ABŞ-da daşınmaz əmlaka 30 mlrd. dollar vəsait yatırıblar

​Çinlilər ABŞ-da daşınmaz əmlaka 30 mlrd. dollar vəsait yatırıblar Obyektlərin orta qiyməti kifayət qədər yüksəkdir - 832 min dollar
Digər ölkələr
4 Noyabr , 2015 08:20
​Çinlilər ABŞ-da daşınmaz əmlaka 30 mlrd. dollar vəsait yatırıblar

Bakı. 4 noyabr. REPORT.AZ/ Çində varlı insanların sayı artmaqda davam edir. Onlar ölkə iqtisadiyyatının zəifləməsi fonunda, xaricə külli miqdarda pul göndərirlər.

"Report" "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bu nəğd pul axını dünyanın hər yerinə yönələrək Sidney, Nyu-York, Honkonq və Vankuver kimi şəhərlərdə daşınmaz əmlak qiymətlərinin qalxmasına səbəb olur.

Çinlilər ötən il təkcə ABŞ-da daşınmaz əmlakın alınmasına 30 milyard dollar vəsait sərf ediblər ki, bu da onları ən böyük əcnəbi alıcılara çevirir. Bununla belə obyektlərin orta qiyməti kifayət qədər yüksəkdir — 832 min dollar.

Belə bir tendensiya bir sıra digər ölkələrdə də müşahidə olunur. Belə ki, Sidneydə inşa olunan yeni obyektlərin 1/4-ni çinli investorlar alırlar.

"UBS Group"un qiymətləndirməsinə görə, təkcə ötən il ərzində Çindən 324 milyard dollar pul çıxarılıb. "Goldman Sachs"ın hesablamasına görə isə, yuanın devalvasiyası zamanı qısa müddət ərzində ölkədən daha 200 milyard dollar çıxarılıb.

Son xəbərlər

Orphus sistemi