Çinlə ticarət müharibəsi ABŞ-da kiçik sahibkarlığa böyük ziyan vurur

Çinlə ticarət müharibəsi ABŞ-da kiçik sahibkarlığa böyük ziyan vurur Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Çin məhsullarına tətbiq edilən əngəlləyici rüsumlar ölkədəki kiçik sahibkarlığa böyük ziyan vurur.
Digər ölkələr
29 Noyabr , 2018 19:32
Çinlə ticarət müharibəsi ABŞ-da kiçik sahibkarlığa böyük ziyan vurur

Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Çin məhsullarına tətbiq edilən əngəlləyici rüsumlar ölkədəki kiçik sahibkarlığa böyük ziyan vurur.

“Report” “The New York Times”ə istinadən xəbər verir ki, Beynəlxalq Ticarət Komissiyasının avqust ayında keçirlən iclasına üz tutan sahibkarlar konkret misallar gətirməklə Çin mallarına tətbiq edilən rüsumların və Çin tərəfindən görülən cavab tədbirlərinin ölkədə bahalıq və işsizliyin vüsət almasına gətirib çıxaracağını vurğulamışdılar.

D.Trampın tənqidçilərinin fikrincə, Çin mallarına rüsumlar tətbiq edilərkən bu addımın ölkə iqtisadiyyatında doğuracağı fəsadlar, bunun iqtisadi strategiyaya uyğun gəlib-gəlməməsi yetərincə düşünülməyib.

Son xəbərlər

Orphus sistemi