Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək

Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək Çinlə ABŞ arasında iqtisadi-ticari məsləhətləşmələrlə bağlı növbəti görüş sentyabrın 19-da Vaşinqtonda keçiriləcək.
Digər ölkələr
17 Sentyabr , 2019 05:51
Çinlə ABŞ arasında ticari məsləhətləşmələrlə bağlı görüş sentyabrın 19-da keçiriləcək

Çinlə ABŞ arasında iqtisadi-ticari məsləhətləşmələrlə bağlı növbəti görüş sentyabrın 19-da Vaşinqtonda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerin mətbuat xidməti tərəfindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, müavinlər səviyyəsində baş tutacaq görüş oktyabr ayının əvvəlində keçirilməsi nəzərdə tutulan danışıqlara hazırlıq məqsədi daşıyır.

Oktyabrda nəzərdə tutulan görüşdə isə Çinin baş nazirinin müavini Lyu Xe, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer iştirak edəcək.

Laythayzerin mətbuat xidməti qarşıdakı görüşün digər detalları barədə əlavə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi